ikinci dərəcəli parametr

ру второстепенный параметр en minor parameter de Nebenparameter fr paramètre mineur es parámetro menor it parametro secondare
ikinci dəfə qurutma
ikinci dövretmə
OBASTAN VİKİ
Parametr
Parametr — (q.yun. παραμετρέω «ölçürəm») — bir çox eyni tip elementlərin oxşarlığını müqayisə etmək üçün qəbul edilən ölçüdür.
İkinci dərəcəli kapitan
İkinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik-leytenant rütbəsidir.
İkinci dərəcəli starşina
İkinci dərəcəli starşina — Donanmada baş matrosdan daha yüksək, birinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. Starşina heyətinin ən kiçik rütbəsi. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
İkinci dərəcəli üzvlər
Cümlənin ikinci dərəcəli üzvləri — cümlənin təşkiledici mərkəzinə, mübtəda , xəbərə və zərfliyə aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və birləşmələrə deyilir.Bəzən söz birləşməsi ilə də ifadə olunur Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi?, nəyi?, nə?, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə haqqında?, nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi?) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitab var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz və s. Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi.
İkinci dərəcəli mənbə
İkinci dərəcəli mənbə — ilkin olaraq başqa yerdə təqdim edilən məlumatla əlaqəli sənəd və ya qeyddir. İkinci dərəcəli mənbə müzakirə olunan məlumatın orijinal mənbəyi olan əsas mənbə ilə ziddiyyət təşkil edir. İlkin mənbə vəziyyət haqqında bilavasitə məlumatı olan şəxs və ya belə bir şəxs tərəfindən yaradılmış sənəd ola bilər. İkinci dərəcəli mənbə, ilkin mənbə haqqında məlumat verən mənbədir. Bu mənbədə ilkin məlumatlar seçilir, dəyişdirilir və uyğun formatda düzülür. İkinci dərəcəli mənbələr ilkin məlumatın ümumiləşdirilməsini, təhlilini, şərhini və ya qiymətləndirilməsini əhatə edir. Hər hansı bir mənbə üçün ən dəqiq təsnifat həmişə aydın deyil. İbtidai və ikinci dərəcəli terminlər nisbi terminlərdir və bəzi mənbələr istifadə olunma üsulundan asılı olaraq əsas və ya ikinci dərəcəli kimi təsnif edilə bilər. Üçüncü səviyyə, məsələn, ensiklopediya və ya lüğət kimi üçüncü mənbə ikinci dərəcəli mənbəyə bənzəyir, çünki o, təhlili ehtiva edir, lakin mövzuya geniş giriş icmalı təqdim etməyə çalışır. Məlumat müxtəlif obyektlərdən götürülə bilər, lakin bu təsnifat sistemi yalnız simvolik mənbələr adlanan mənbələr sinfi üçün faydalıdır.
Cümlənin ikinci dərəcəli üzvləri
Cümlənin ikinci dərəcəli üzvləri — cümlənin təşkiledici mərkəzinə, mübtəda , xəbərə və zərfliyə aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və birləşmələrə deyilir.Bəzən söz birləşməsi ilə də ifadə olunur Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi?, nəyi?, nə?, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə haqqında?, nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi?) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitab var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz və s. Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi.
Birinci dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Birinci dərəcəli starşina
Birinci dərəcəli starşina — donanmada ikinci dərəcəli starşinadan daha yüksək, baş starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
I dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Üçüncü dərəcəli kapitan
Üçüncü dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə mayor rütbəsidir.
Üçüncü dərəcəli starşina
Üçüncü dərəcəli starşina — Donanmada baş dənizçidən daha yüksək, ikinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
İkinci rejissor
İkinci rejissor, Rejissor köməkçisi və ya Köməkçi rejissor — rejissora köməklik göstərən, yazı blanklarını hazırlayan, yazışmalara nəzarət edən, çəkilişlər üçün lazım olan icazələri alan, proqram layihəsini və kamera kartlarını hazırlayan insandır. Çəkiliş məşqləri zamanı çəkilişin mərhələlərini və digər əmrləri hazırlayır. Redaktə mərhələsində rejissora köməklik göstərir. Proqramın vaxtını əvvəlcədən müəyyənləşdirir. Rejissor tərəfindən verilmiş olan digər vəzifələri və tapşırıqları yerinə yetirir.
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
İkinci Çaylı
İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. Kənd Pirqulu istiqamətində yerləşir. Kənd əhalisi 501 nəfərdir ki, onun da 253 nəfəri kişi, 248 nəfəri isə qadınlar təşkil edir.
İkinci Çağan
İkinci Çağan – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çağan Şamaxı rayonunun Dədəgünəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş Çağan Məmmədsəlimli (indiki Birinci Çağan) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd əhalisi 194 nəfərdir ki, onunda 96 nəfəri kişi, 97 nəfəri isə qadınlar təşkil edir.
İkinci İmamverdili
Qaralılar (əvvəlki adı: İkinci İmamverdili) — Azərbaycan Respublikasının Beyləqan rayonunun Qaralılar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin İkinci İmamverdili kəndi Qaralılar kəndi adlandırılmış və Bünyadlı kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılmışdır. XX əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdır. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Kənd Mil düzündə yerləşir.
İkinci İpək
İkinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Əsas təsərrüfatı heyvandarlıq idi.
İkinci Şahsevən
İkinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Qarabağda məskunlaşmış şahsevən tayfa birliyinə mənsub ailələrin saldıqları kəndlərdəndir. Oykonimin birinci komponenti bu kəndi Ağcabədi rayonundakı eyniadlı (Birinci Şahsevən) kənddən fərqləndirməyə xidmət edir.
İkinci Şıxlı
İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir. İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011). Bundan əlavə kənd özü də çox qədimdir.
İkinci Əlicanlı
İkinci Əlicanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Girvan düzündə yerləşir. Qarabağdan gəlmə ailələrin məskunlaşması nəticəsində yarandığından Qarabağ Alıcanlısı da adlanır. Oykonimin birinci komponenti ərazidəki Alıcanlı adlanan yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə xidmət edir. Kənddə 2-ci Alıcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
İkinci sofistika
İkinci sofistika və ya yeni sofistika — sofistika dövrlərindən biri. Əsas nümayəndələri Samosatalı Lukian və Flavi Filostrat olmuşdur. II əsrin əvvəlindən, yəni Antoninlərin "qızıl dövrü"ndən IV əsrin sonuna qədərki dövrü əhatə edir. İkinci sofistikanın nümayəndələri adətən Filostratın "Sofistlərin bioqrafiyası" kitabında bəhs etdiyi filosoflar hesab olunurlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, ikinci sofistika b.e. I əsrinin əvvəllərinə gedib çıxır. Yeni sofistika dövrünü V əsrdən başlayaraq üçüncü sofistika dövrü, digər adı ilə Bizans ritorikası izləmişdir. İkinci sofistikanın nümayəndələri xüsusi boşluqları ilə seçilirdilər, çünki onların dövründə fəlsəfə çox yüksək ehtiramla qarşılanırdı, Roma hökmdarları sofistləri hər formada təşviq etməyə çalışırdı. Məsələn, Eli Aristid yuxuda ona tanrının göründüyünü və ona dahi olaraq Platon və Demosfenə bərabər olduğunu elan etdiyini söyləmişdir. Odur ki, ikinci sofistika ümumiyyətlə Demosfen və Platonun tərənnümü ilə xarakterizə olunur.
İkinci aliya
İkinci aliya (ivr. ‏העלייה השנייה‏‎, HaAliyah HaShniya) — 1904–1914-cü illər arasında baş verən aliya. Bu dövrdə əksəriyyəti Rusiya imperiyasından, bəziləri də Yəməndənolan təxminən 35,000 yəhudi Osmanlının idarə etdiyi Fələstinə köçmüşdü. İkinci aliya 1870-ci illərdən 1920-ci illərə qədər davam edən yəhudilərin Şərqi Avropadan daha böyük köçünün kiçik bir hissəsi idi. Bu müddət ərzində iki milyondan çox yəhudi Şərqi Avropadan köç etmişdi. Bu immiqrantların bir çoxu ABŞ-də məskunlaşmışdılar, çünki burada böyük iqtisadi imkanlar var idi. Digərləri Cənubi Amerika, Avstraliya və Cənubi Afrikada məskunlaşmışdılar və mühacirət edən yəhudilərin yalnız kiçik bir hissəsi Fələstinə getmişdi. Şərqi Avropadan bu kütləvi mühacirətin bir çox səbəbi var və ən çox danışılanlar Rusiyada artan antisemitizmdir. Bu antisemitizmin təzahürləri müxtəlif poqromlar və 1905-ci il Rusiya inqilabı ilə müşayiət olunan talanlar idi. Miqrasiya üçün digər mühüm amil iqtisadi çətinliklər idi.
İkinci pərdə
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. Süjetin əsasını xəyanət motivi təşkil eləyir.
İkinci bahar
İkinci bahar (teatr)
İkinci güllə
İkinci güllə — toy axşamı gəlinin bakirə olmasını kəndə bildirmək üçün iki qüllə atılması adətini tənqid edən 2017-c il istehsalı qısametrajlı dram filmi. Filmin quruluşçu rejissoru və ssenaristi Natiq Rəsul, produseri Nəriman Məmmədovdur. 2013-cü ildə keçirilən "Yeni nəfəs-1" ssenari müsabiqəsinin qalibi olan film Fransada "Qadın hüquqları və Kino" festivalında nümayiş olunmuşdur.